AZ

Gənc müdafiəçidən qərar: “Liverpul” yoxsa, PSJ?

PSJ-nin gənc müdafiəçisi Vilyam Paçu gələcəyi ilə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, “Liverpul” 23 yaşlı oyunçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq istəsə də, futbolçu bu təklifi qəbul etməyib. Paçu rəhbərliklə görüşərək Paris klubunda qalmaq istədiyini açıqlayıb.

Məlumata görə, Arne Slot fransalı müdafiəçini “mersisaydlılar”ın uzunmüddətli planlarına daxil etmişdi. Lakin futbolçu həm PSJ-dəki əsas heyət şansına, həm də doğma şəhərində qalmaq istəklərinə görə bu addımı atmayıb.

Qeyd edək ki, Paçu bu mövsüm PSJ forması ilə 14 oyunda iştirak edib, komandanın müdafiə xəttində sabit çıxışı ilə diqqət çəkib.

Kamil Xudiyev

Seçilən
24
1
fanat.az

2Mənbələr