QHT.az xəbər verir ki, iPhone-un uzun müddət doldurulmasının bir neçə səbəbi var, lakin bu üsullar telefonunuzu daha tez enerjiləndirməyə kömək edir:
-  Yeni şarj cihazı istifadə edin – 20W və ya daha güclü USB-C adapter ilə 50%-i 30 dəqiqədə doldura bilərsiniz. 
-  Sürətli simsiz şarj – 15Vt və ya daha güclü şarj cihazı seçin. 
-  Kompüterdən istifadə etməyin – USB portlar divar rozetkası qədər güclü deyil. 
-  Şarj zamanı telefonu istifadə etməyin – oyun və videolar doldurmanı ləngidir. 
-  Telefonu söndürün – arxa planda işləyən proqramlar şarjı yavaşladır. 
-  Təyyarə rejimi – Wi-Fi, Bluetooth və rabitəni söndürərək sürəti artırır. 
-  Enerjiyə qənaət rejimi və ekran parlaqlığını azaltmaq – fon proqramları və enerji istehlakını azaldır. 
-  Optimallaşdırılmış batareya doldurmasını deaktiv edin – bu funksiya gecə şarjında faydalıdır, sürətli doldurma üçün əks təsir göstərə bilər. 
-  Batareyanın sağlamlığını yoxlayın – zədələnmiş batareya daha yavaş doldurur, lazım olduqda dəyişdirin. 
R. İmanov
 
                        