AZ

İpək Yolu Forumu regionun nəqliyyat və iqtisadi perspektivlərini aydın göstərdi - Azər Qarayev

Bakı. Trend:

Cənubi Qafqaz tarixi baxımdan Avropa və Asiya arasında əsasnəqliyyat, ticarət və enerji axınlarının kəsişdiyi ərazi hesabolunur. Azərbaycanın, Ermənistanın və Gürcüstanın coğrafi mövqeyiregionun tranzit yük, enerji resursları və investisiya axınlarıüçün strateji hablar rolunu oynamağa imkan verir. Son illərdəregionda ciddi dəyişikliklər baş verib. Qarabağın işğaldan azadedilməsi, iqtisadi inteqrasiyanın güclənməsi və infrastrukturlayihələrinin sürətləndirilməsi Cənubi Qafqazı Şərq və Qərbibirləşdirən mühüm tranzit qovşağı kimi bərpa edir. Bu kontekstdəxüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, onlarınmüasirləşdirilməsi və yeni ticarət imkanlarının yaradılması mühüməhəmiyyət kəsb edir. Bu konteksdə 2025-ci il oktyabrın 22-dəkeçirilmiş V Tbilisi “İpək Yolu” Forumu isə yalnız siyasi iradəninnümayişi üçün platforma deyil, eyni zamanda regionun iqtisadi vəlogistika təşəbbüslərinin praktiki müzakirə yeri oldu.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Forumu 73 ölkədən 2300-dən çox iştirakçı izləyib. TədbirdəAzərbaycanın Baş naziri Əli Əsədov, Ermənistanın Baş naziri NikolPaşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze iştirak edib,həmçinin beynəlxalq təşkilatlar, biznes dairələri və logistikaekspertləri də forumda təmsil olunub. Forumun əsas məqsədi siyasibəyanatların praktiki addımlara çevrilməsi üçün diskussiyaplatforması yaratmaqdır. Bu baxımdan forum nəqliyyat və tranzit -marşrutlar, infrastruktur və multimodal terminallar, iqtisadiəməkdaşlıq - ticarət və logistika maneələrinin azaldılması,investisiya üçün əlverişli şəraitin yaradılması, energetika vərəqəmsallaşma – şəbəkələrin inteqrasiyası və texnologiyalarıntətbiqi, regionda sabitlik – ölkələr arasında etimadıngücləndirilməsi və sülh şəraitinin formalaşdırılması kimi mövzularıəhatə edib", - o deyib.

Onun sözlərinə görə, Forumda qaldırılan ən mühüm məsələlərdənbiri Azərbaycanın Ermənistana tranzit yük daşımaları ilə bağlıbütün məhdudiyyətləri aradan qaldırması oldu.

"Tarixən bu məhdudiyyətlər siyasi gərginlik səbəbindən tətbiqolunmuş, regionda ticarət və logistikanın səmərəliliyiniməhdudlaşdırmışdı. Praktik olaraq, bu qərarın əhəmiyyəti Qazaxıstantaxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması iləgöstərilib. Bu nümunə göstərir ki, region bir vahid logistikaqovşağı kimi işləyə bilər və siyasi qərarlar ilə iqtisadi maraqlaruzlaşdırıla bilər. Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü də bildirib,məhdudiyyətlərin aradan qaldırılmasının yük dövriyyəsininartmasına, infrastruktura sərmayələrin yatırılmasına və regiondasülhün möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Bu, siyasiqərarların praktik nəticələrə çevrildiyi nadir nümunələrdənbiridir.

Forumda diqqət çəkən əsas məsələlərdən biri də Zəngəzur dəhlizi,yəni “Tramp marşrutu” oldu. Bu marşrut Cənubi Qafqazı Avropa vəAsiya bazarları ilə birləşdirməyi, həmçinin Mərkəzi Asiyadanyüklərin tranzitini təmin etməyi hədəfləyir. Sözügedən dəhlizsayəsində yüklərin Mərkəzi Asiyadan Avropaya çatma müddətininqısalır, logistika zəncirləri optimallaşdırılır və daşımalarınmaliyyəti azalır, Cənubi Qafqaz vasitəsilə beynəlxalq ticarətgenişlənmə imkanları qazanır", - o bildirib.

A.Qarayev qeyd edib ki, marşrutun uğurla reallaşdırılması üçünölkələr arasında infrastruktur koordinasiyası, müasirtexnologiyaların tətbiqi və sərhəd prosedurlarınınstandartlaşdırılması tələb olunur. Azərbaycanın tranzitməhdudiyyətlərini aradan qaldırması bu marşrutun praktikişləkliyini təsdiqləyən ilk addım oldu.

"Forumda ayrıca Orta dəhlizə diqqət çəkilib. Bu marşrut Avropavə Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirir. Orta dəhlizkonteynerlərin sürətli tranziti üçün dəmir yolları, beynəlxalqəhəmiyyətli avtomobil yolları, Qara dəniz və Xəzər limanlarınıbirləşdirən şəbəkə, multimodal terminallar, yüklərin qısa müddətdədəmir yolu, avtomobil və dəniz vasitələrinə yönləndirilməsiimkanlarını özündə birləşdirir. Zəngəzur dəhlizi də bu marşrutunbir hissəsinə çevrilə bilər.

Tranzit məhdudiyyətlərinin aradan qaldırılması və nəqliyyatmarşrutlarının inkişafı çoxşaxəli iqtisadi faydalar gətirir.Məsələn yük dövriyyəsinin artması - Qazaxıstan taxılı nümunəsigöstərir ki, region beynəlxalq yükləri böyük həcmdə emal edə bilər.Maliyyətlərin azalması - tranzitin sadələşdirilməsi logistikaxərclərini və çatdırılma müddətini azaldır. İnvestisiyaların cəlbi- sabit və şəffaf tranzit sistemi beynəlxalq sərmayədarlarınetibarını artırır. İqtisadi inteqrasiya - “Tramp marşrutu” və Ortadəhliz Cənubi Qafqazda vahid nəqliyyat məkanının yaradılmasınaxidmət edir. Ekspertlərin proqnozlarına görə, tranzit potensialınınartması 5-7 il ərzində ölkələrin ÜDM-inə bir neçə faiz artım gətirəbilər və logistika, anbarçılıq, liman infrastrukturu, sığorta vəmaliyyə xidmətləri kimi sahələrin inkişafına təkan verə bilər", - obildirib.

Politoloq vurğulayıb ki, ümumilikdə Forum göstərdi ki, CənubiQafqaz yalnız fiziki marşrutları birləşdirməklə kifayətlənmir, eynizamanda regionun rəqabət qabiliyyətini artıracaq müasir texnolojiinfrastruktur yaratmağa hazırdır.

"Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yenimarşrutların yaradılması və infrastrukturların müasirləşdirilməsiiqtisadi və siyasi əhəmiyyət daşıyır. Bundan əlavə, bu, ölkələrarasında etimadı gücləndirir - praktik addımlar siyasi bəyanatlarıtəsdiqləyir, münaqişə riskini azaldır, iqtisadi qarşılıqlı asılılıqsabitliyi artırır, beynəlxalq səviyyədə regionun rolunu yüksəldir -Cənubi Qafqaz qlobal ticarət və logistika şəbəkəsində stratejihablardan birinə çevrilir.

Həmçinin proqnozlara əsasən, növbəti 5-10 ildə region tranzityük dövriyyəsini bir neçə dəfə artıracaq, nəqliyyat və energetikasahələrinə beynəlxalq sərmayələri cəlb edəcək, Avropa, Asiya vəYaxın Şərqi birləşdirən sabit və effektiv tranzit mərkəzi kimimövqeyini möhkəmləndirəcək", - o bildirib.

A.Qarayev qeyd edib ki, V Tbilisi “İpək Yolu” Forumu CənubiQafqazın nəqliyyat, ticarət və energetika sahəsində strateji rolunubir daha təsdiqlədi. Azərbaycanın tranzit məhdudiyyətlərini aradanqaldırması və Qazaxıstan taxılının tranzit daşımaları bunun praktiksübutu oldu.

"Tranzit koridorların yaradılması və müasirləşdirilməsi, ocümlədən “Tramp marşrutu” və Orta dəhliz, iqtisadi artım, etimadıngüclənməsi və regional inteqrasiya üçün yeni imkanlar açır. Forumgöstərdi ki, Cənubi Qafqaz effektiv, dayanıqlı və texnolojibaxımdan inkişaf etmiş logistika şəbəkəsi yaratmağa hazırdır, bu daregionun Avropa və Asiya ilə daha sıx inteqrasiya olunmasını təminedəcək. Uzunmüddətli perspektivdə bu layihələr Cənubi Qafqazıstrateji tranzit hablarından birinə çevirəcək, investisiya cəlbiniartıracaq və regionun iqtisadi və siyasi sabitliyinə zəminyaradacaq", - politoloq əlavə edib.

Məqalədə:
Seçilən
162
1
az.trend.az

2Mənbələr