AZ

Çin dövlət neft şirkətləri Rusiya neftindən alışları dayandırır

ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı sanksiyaları Pekini ciddi addım atmağa vadar edir…

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının dövlət nəzarətində olan neft-şirkətləri, PetroChina, Sinopec, CNOOC və Zhenhua Oil ABŞ-ın Rosneft və Lukoyl neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya dəniz yolu ilə daşınan neftinin alınmasından ən azı qısa müddətə çəkindirlər.

Məlumata görə, Çinin dəniz yolu ilə gətirdiyi gündəlik təxminən 1,4 milyon barrel Rusiya neftinin böyük hissəsini müstəqil şirkətlər həyata keçirir. Dövlət nəzarətində olan şirkətlərin payı isə müxtəlif mənbələrdə ciddi şəkildə fərqli qiymətləndirilir. Reuters agentliyi bildirir ki, Rusiya neftinin Çinə birbaşa dövlət şirkətləri tərəfindən alınması deyil, bir çox hallarda vasitəçilər vasitəsilə həyata keçirilir – əsas oyunçular kimi sayılan Rosneft və Lukoyl əslində əksər həcmi vasitəçilər vasitəsilə Çin bazarına çıxarırlar.

Bundan başqa, Hindistan da oxşar addımı atmağı planlaşdırır. Hindistanın neft emalı müəssisələri ABŞ-sanksiyaları çərçivəsində Rusiya neftindən importu əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədirlər. Reuters-in mənbələrinə görə, Hindistanda bu sahədə ən böyük alıcı olun ­Reliance Industries Rusiya neftinin idxalını ya azaldacaq, ya da tamamilə dayandıracaq. Dövlət nəzarətində olan neft emalı şirkətləri isə Rosneft və Lukoyl-dan birbaşa neft almadıqlarını təsdiqləmək üçün detallı yoxlama prosedurlarına başlayıblar. Bloomberg-in yazdığına görə, Rosneft və Lukoyl-un sanksiya siyahısına salınması faktı Hindistana gələcəkdə tədarük imkanlarını praktiki olaraq mümkünsüz edir.

Qeyd edək ki, Rosneft və Lukoyl Rusiyanın neft hasilatında 50 %-dən çox pay sahibidirlər və ABŞ-sanksiyaları çərçivəsində onların aksiyaları ciddi risk altına düşüb.

Poliqon.info

Seçilən
82
poliqon.info

1Mənbələr