AZ

SOFAZ aktivlərin idarə edilməsində "sakit inqilab" keçirir

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərinidarə edilməsində “sakit inqilab” keçirir.

Trend xəbər verirki, bu barədə tanınmış azərbaycanlı iqtisadçı-ekspert İnqilabƏhmədov öz sosial şəbəkə hesabında yazıb.

İqtisadçı, son 5 ildə Fondun investisiya portfelini tamamilədəyişərək daha çevik və gəlirli alətlərə üstünlük verdiyini qeydedir.

“Əgər 2020-ci ildə Fondun əsas aktivləri sabit gəlirli alətləridisə (63,8%), 2025-ci ilin doqquz ayının məlumatına görə, buinvestisiyanın xüsusi çəkisi 29,1% azalaraq 34,7% olub”, -deyə oyazır.

Onun sözlərinə görə, qızılın payı 18,6% artaraq 32,8%-ə,səhmlərin payı isə 9,9% artaraq 25,8%-ə çatıb və demək olar ki,birinci ilə müqayisə oluna biləcək səviyyəyədədir.

“Ən əsası odur ki, bu dəyişiklik Fondun əsas gəlir mənbəyi olanneft-qaz gəlirlərinin azalması fonunda baş verir. Məhz bu siyasətinnəticəsidir ki, Fondun əsas gəlir mənbəyinin azalmasına baxmayaraq,onun aktivlərində sürətli artım müşahidə edilir”.

Xatırladaq ki, bu yaxınlarda açıqlanan 2025-ci ilin ilk doqquzayının məlumatlarına əsasən, Fond tarixdə ilk dəfə olaraq 70milyard dollarlıq aktivlərlə əvvəlki rekordunu qırıb.

SOFAZ
Məqalədə:
Seçilən
73
1
az.trend.az

2Mənbələr