AZ

Şahin Rəhmanlı: "QHT-lərin real təsir yaradacaq layihələri Forumda müzakirə olundu"

“İrəli” İctimai Birliyinin Baş katibi Şahin Rəhmanlı QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü ərəfəsində Xankəndidə keçirilən Forum tədbirə xüsusi mənəvi dəyər qatıb.

QHT sədri qeyd edib ki, Forum dövlət və QHT-lər arasında etimad, şəffaflıq və birgə məsuliyyət modelinin möhkəmləndiyini nümayiş etdirir: 

"QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən, artıq ənənəyə çevrilən bu Forum vətəndaş cəmiyyətinin inkişafında mühüm platforma rolunu oynayır. Burada QHT-lərin yaxşı təcrübələri mübadilə etmə imkanının olması, beynəlxalq layihələrin təşkili zamanı qarşılaşılan çətinliklərin müzakirəsi və gələcəyin QHT-lərinin necə formalaşmalı olduğu barədə fikirlər müzakirəsi, əməkdaşlıq imkanlarının dəyərləndirilməsi bir daha forumun QHT-lər üçün yaratdığı imkanların göstəricisidir. Düşünürəm ki, bu Forum həm peşəkar inkişaf, həm də vətəndaş həmrəyliyinin güclənməsi baxımından əhəmiyyətli addımdır."

Şahin Rəhmanlı əlavə edib ki, artıq layihələr sadəcə formal tədbirlər deyil, real təsir yaradan proseslərə çevrilir və Forum azad edilmiş ərazilərdə sosial bərpa və “böyük qayıdış” proseslərinə QHT-lərin daha fəal qoşulmasına mühüm rol oynayır.

Seçilən
70
qht.az

1Mənbələr