AZ

ABŞ-da 876 kiloqramlıq nəhəng balqabaq yetişdirildi

ABŞ-da bir balqabaq tarlasında xüsusi qayğı ilə yetişdirilən nəhəng balqabaq insanları heyrətə gətirib.

E-saglam.az xəbər verir ki, fermer Tony Scott gecələri üzərinə örtük salaraq və davamlı ölçü apararaq bu balqabağı yetişdirməyi bacarıb.

Hər il dünyanın müxtəlif yerlərində keçirilən nəhəng balqabaq yarışlarında fermerlər bir-biri ilə rəqabət aparır. Bu il Tony Scott-un yetişdirdiyi balqabaq təxminən 876 kiloqram ağırlığa çataraq üçüncü yerə layiq görülüb.

Scott balqabağın böyüklüyünü görən insanların reaksiyasını belə izah edib:

“İnsanlar tez-tez mənə ‘Bu doğrudurmu?’ deyə soruşurlar. Mən də cavab verirəm: ‘Bu qədər böyük saxta balqabağı haradan tapa bilərsiniz ki? Bəli, o həqiqidir"!

Nəhəng balqabaqların sirri:

Ekspertlər bildirirlər ki, hər nəhəng balqabaq güclü genetik toxumdan başlayır. Çoxlu fermerlər Atlantic Giant kimi yüksək məhsuldarlığı təsdiqlənmiş toxumları seçir. Lakin böyüklük yalnız toxumdan deyil, doğru su, qida və qulluq balansı ilə mümkündür.

Bu bitkilər gündə yüzlərlə litr su qəbul edir və günəş işığından qida istehsal edir. Yarpaqlar genişlədikcə fermerlər bütün qida axınını tək balqabağa yönəltmək üçün digər kiçik balqabaqları çıxarır.

New York Botanik Bağından bitki alimi Aleca Borsuk qeyd edir ki, təbiətdə bu qədər böyük nümunələr görməməyimizin səbəbi, yetişdiricilərin qida axınını yalnız bir meyvəyə yönəltməsidir.

Yerçəkmə səbəbindən nəhəng balqabaqlar adətən geniş və alçaq formada böyüyür. Scott gündüzləri üzərini branda ilə örtərək qabığının sərtləşməsinin qarşısını alır və suvarmanı avtomatik sistemlə həyata keçirir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, nəhəng balqabaqlar sağlam qida mənbəyidir. Onlar bol miqdarda vitamin, mineral, lif və antioksidan ehtiva edir, az şəkərli və yüksək su tərkibi ilə fərqlənir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
52
e-saglam.az

1Mənbələr