Çin Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyanın iki ən böyük neft şirkətinə qarşı ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara etiraz edib. Həmçinin onların “beynəlxalq hüquqda heç bir əsası olmadığını” bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Szyakun Pekində keçirilən gündəlik mətbuat konfransında bildirib: “Çin beynəlxalq hüquqda əsası olmayan və BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan tətbiq edilən birtərəfli sanksiyalara daim qarşı çıxıb”.
ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinin müharibəni dayandırmaq səylərində Rusiya prezidenti Vladimir Putinə “böyük təsir göstərə biləcəyi” ilə bağlı açıqlamasına münasibət bildirən Qo Szyakun qeyd edib ki, dialoq və danışıqlar Ukrayna böhranından çıxışın yeganə mümkün yoludur.