BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Teleqraf xəbər verir ki, dəyişikliklərə görə, Agentliyin nizamnamə fondu cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və istifadə olunmamış vəsaitlər, həmçinin Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyindəki “Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin fondu və bölüşdürülməmiş mənfəəti hesabına formalaşdırılacaq.
Həmçinin, 2026-cı ildən Agentliyin saxlanılması xərcləri üçün dövlət büdcəsində ayrıca sətirlə vəsait nəzərdə tutulacaq.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.