AZ

Polşalı ralli sürücüsüGinnesin Rekordlar Kitabına düşdü

2025-ci il Avropa Ralli Çempionatının qalibi, polşalı pilot Miko Marçik dünya rekordu qıraraq Ginnesin Rekordlar Kitabına düşüb.

Avtosfer.az championat.com-a istinadən xəbər verir ki, bu ilin mart ayında Miko Marçik "Skoda Superb" 2.0 TDI dizel avtomobili ilə təkrar yanacaq doldurmadan 2 831 kilometr məsafə qət edib. Avtomobilin orta yanacaq sərfiyyatı 100 kilometrə 2.61 litr olub. Halbuki modelin rəsmi yanacaq sərfiyyatı 100 kilometrə 4.8 litr təşkil edir.

Marçikin marşrutu Polşanın Lodz şəhərindən başlayıb. O, Almaniyadan keçərək Parisə gedib. Fransanın paytaxtından geri dönən pilot Niderland, Belçika və Almaniya üzərindən keçərək başlanğıc nöqtəsinə qayıdıb.

Seçilən
28
1
avtosfer.az

2Mənbələr