Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrailin İordan çayının Qərb sahilini işğal etməsinə imkan verməyəcəyini bəyan edib. Tramp "Taym" jurnalına müsahibəsində belə olacağı təqdirdə, birləşmiş Ştatların İsrailə yardımı dərhal dayandıracağını qeyd edib.
Tramp deyib: "Bu baş verməyəcək. Çünki mən ərəb ölkələrinə söz vermişəm. Biz onlardan böyük dəstək almışıq. İsrail indi ilhaq addımı ata bilməz. Əgər bu, baş verərsə, İsrail ABŞ-nin dəstəyindən məhrum olacaq".
Hürr Tərcüman