AZ

Azərbaycan bu il Avropaya qaz tədarükünü artıran yeganə ölkədir - QİÖF

Bakı. Trend:

Qaz İxrac Edən Ölkələr Forumunun (QİÖF) məlumatına görə, 2025-ciilin sentyabr ayında Azərbaycan illik ifadədə Avropaya qaztədarüklərini artırmış yeganə ölkə olub.

Trend təşkilatınhesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk doqquz ayıərzində Avropa İttifaqına boru kəməri ilə nəql olunan qazın ümumiidxalı 106 milyard kubmetr təşkil edib ki, bu ötən ilin eyni dövrüilə müqayisədə 9 faiz azdır.

Ümumi idxal həcminin təxminən 60 faizi Norveçin payına düşüb,Əlcəzairin payı isə 21 faizə qədər artıb.

Hazırda Azərbaycan təbii qazı 14 ölkəyə ixrac edir və borukəməri ilə qaz tədarükündə dünyanın aparıcı ölkələrindən biri kimimövqeyini qoruyur.

Azərbaycan Energetika Nazirliyinin məlumatına əsasən, 2025-ciilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbiiqaz hasil edilib. Bu həcmin 10,2 milyard kubmetri“Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan, 20,9 milyard kubmetri“Şahdəniz” yatağından, 1,2 milyard kubmetri “Abşeron” yatağından,5,9 milyard kubmetri isə SOCAR tərəfindən işlənilən yataqlardanəldə olunub.

Eyni dövrdə Azərbaycan ümumilikdə 18,3 milyard kubmetr qaz ixracedib. Bunun 9,4 milyard kubmetri Avropaya, 7,3 milyard kubmetriTürkiyəyə (o cümlədən 4,3 milyard kubmetri TANAP vasitəsilə) vətəxminən 1,6 milyard kubmetri Gürcüstana göndərilib.

Məqalədə:
Seçilən
84
1
az.trend.az

2Mənbələr