Futbol üzrə Azərbaycan I Liqasında VI tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, bu gün 3 matç baş tutub.
Turun mərkəzi matçında "Şəfa" ilə "Səbail" qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə bitib.
Digər qarşılaşmalarda "Cəbrayıl" "Şahdağ Qusar"a 3:1, "Mingəçevir" isə "Zaqatala"ya 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 6 turdan sonra "Şəfa" 16 xalla liderdir. “Şimal” klubu isə 2 xalla turnir cədvəlinin sonuncusudur.