Rusiyaya qarşı sərt sanksiyalar elan edən Donald Trampın mövqeyini qəfil dəyişməsi, görünür, Rusiya Xarici İşlər Nazirliyini (XİN) qəfil yaxalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tne Moscow Times” nəşri yazır.
Bunu XİN sözçüsü Mariya Zaxarovanın brifinqdə Moskvanın Vaşinqtonla danışıqları davam etdirməyi gözlədiyini deməsi də sübut edir.
“Biz Rusiya və ABŞ prezidentlərinin Ukrayna münaqişəsinin nizamlanması üçün siyasi çərçivənin razılaşdırılması üçün başlatdıqları prosesin davam etdirilməsi üçün heç bir əhəmiyyətli maneə görmürük. Rusiya XİN, öz növbəsində, prezidentlərin oktyabrın 16-da keçirilən söhbətində əldə olunan anlaşmalara əsaslanaraq, ABŞ Dövlət Departamenti ilə təmasları davam etdirməyə açıqdır. Məqsəd ikitərəfli münasibətlərin müxtəlif aspektləri və Ukrayna münaqişəsinin nizamlanması istiqamətində müxtəlif birgə addımlar üzrə gələcək Rusiya-Amerika dialoqunun parametrlərini konkretləşdirməkdir”, – Zaxarova vurğulayıb.
O, açıqlamasında Trampın “Rosneft” və “Lukoil” şirkətlərini hədəfə alan sanksiyalarını, eləcə də ABŞ-nin Qərb silahlarından istifadə edərək Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını sərt tənqid etməkdən çəkinib.
Zaxarova diplomatik şəkildə qeyd edib ki, Moskva sanksiyalara “əks-məhsuldar addım” kimi baxır: “Bizim üçün ABŞ Maliyyə Nazirliyinin yuxarıda qeyd olunan qərarı heç bir xüsusi problem yaratmayacaq”.
Xatırladaq ki, bir gün əvvəl Rusiya XİN yaxın iki həftə ərzində Budapeştdə keçirilməsi gözlənilən Putin-Tramp sammitinə hazırlığı davam etdirdiyinə əmin edirdi. Lakin Tramp görüşdən imtina qərarını təsdiqlədi.
Xatirə SADİQ