AZ

Putinə rədd cavabı verildi, Zaxarova araya girdi Moskvadan yeni çağırış

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Moskvanın Vaşinqtonla dialoqun parametrlərini dəqiqləşdirmək üçün Dövlət Departamenti ilə təmaslara hazır olduğunu açıqlayıb.

Zaxarova qeyd edib ki, XİN Rusiya və ABŞ prezidentləri arasında 16 oktyabr tarixində baş tutan telefon danışığı zamanı əldə edilən razılaşmaları yerinə yetirmək üçün əlaqələrə açıqdır. ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşdən imtina etməsi və iki rus şirkətinə sanksiya tətbiq olunmasından sonra XİN rəsmisinin bu açıqlaması diqqət çəkir.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Ukrayna müharibəsi kontekstində Moskva ilə Vaşinqton arasında dərin böhran davam edir:

“Tramp münasibətlərin normallaşması üçün bacardığı qədər çalışır. Telefon danışıqları, təmaslar və diplomatik səylər sülhün bərqərar olması və atəşkəsin əldə edilməsinə yönəlib. Əlbəttə, burada Trampın şəxsi maraqları da var. O, Ukraynanın karbohidrogen yataqlarını və nadir metallarını ABŞ-ın nəzarətinə keçirmək istəyir. Bunun üçün isə müharibənin dayandırılması vacibdir”.

İlyas Hüseynov 

Politoloqun sözlərinə görə, Rusiya tərəfi danışıqlardan yayınır və Ukrayna cəbhəsində öz qüvvələrinin sayını artırmaqla işğal zonasını genişləndirməyə çalışır:

“Moskva, danışıqlardan nəticə əldə olunmamasını bəhanə edərək hərbi əməliyyatları genişləndirmək istəyir. Bu isə ABŞ-ı daha da qəzəbləndirir. Vaşinqton artıq ciddi xəbərdarlıqlar edir. Yəni, Rusiyadan neft və qaz alan, yaxud satan şirkətlər və ölkələr potensial sanksiya hədəfinə çevrilə bilər. Bu, Moskvaya qarşı yeni təzyiq mexanizmidir və məqsəd ölkəni iqtisadi cəhətdən tükəndirməkdir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
globalinfo.az

1Mənbələr