AZ

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir

BAKI, 23 oktyabr. TELEQRAF

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də 77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu vəsait hesabına 2026-cı il üzrə təsdiq edilmiş kvotaya uyğun peşəkar təlimlərin təşkili və həmin kvotaya uyğun əmlak paylanmasının həyata keçirilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu məsələ 2026-cı ilin büdcə zərfinin layihəsində əksini tapıb.

Beləliklə özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və işsiz vətəndaşların iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirakının təmin olunması məqsədilə, həmin şəxslərə lazımi məsləhətlərin verilməsi və zəruri xidmətlərin göstərilməsi istiqamətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlıq proqramın məqsədlərinə nail olunmasında və iştirakçıların davamlı məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Seçilən
66
teleqraf.com

1Mənbələr