AZ

Rumıniyada sürücü avtomobili Rusiya səfirliyinin darvazasına çırpıb

Buxarest, 23 oktyabr, AZƏRTAC

Rumıniyada 53 yaşlı kişi idarə etdiyi avtomobili Rusiyanın Buxarestdəki səfirliyinin darvazasını çırparaq içəri daxil olmağa cəhd edib.

AZƏRTAC xəbər verir ki, dövlət jandarmeriyasının və təhlükəsizlik xidmətinin əməkdaşları avtomobili bloklayaraq sürücünü saxlayıblar. Onun qanında narkotik maddə aşkar edilib.

Rəsmi məlumatda bildirilib ki, səfirlik təhdid altında olmayıb, hadisə zamanı insan tələfatı və ciddi maddi ziyan qeydə alınmayıb.

Bu hal diplomatik nümayəndəliklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
15
azertag.az

1Mənbələr