Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Rusiyaya qarşı 19-cu sanksiya paketi bir neçə mühüm mesaj daşıyır.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, birinci siqnal Ukraynaya yönəlib. Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edir. İkinci siqnal Rusiyaya ünvanlanıb və bu, “Rusiyanın bizi geridə qoya bilməyəcəyini göstərir.”
“Üçüncü siqnal isə ABŞ-a yönəlib. Bu, atdığımız addımların nə qədər vacib olduğunu nümayiş etdirmək üçündür,” – Kallas vurğulayıb.
Müşviq Tofiqoğlu 
 KONKRET az
 
                        