AZ

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü Edinburqda qeyd olunub (FOTO)

Bakı. Trend:

Şotlandiyanın Edinburq Universitetində fəaliyyət göstərənAzərbaycan Cəmiyyəti 18 Oktyabr – Müstəqilliyin Bərpası Günümünasibətilə tədbir təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilibki, iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin tarixi, millikimlik və mədəniyyətin qorunması istiqamətində atılan addımlarbarədə ətraflı məlumat verilib. 1991-ci ildə Azərbaycanın dövlətmüstəqilliyini bərpa etməsinin xalqımız üçün necə mühüm tarixiəhəmiyyət daşıdığı vurğulanıb. Tədbir səmimi və əyləncəli mühitdəkeçib, iştirakçılar arasında maraqlı söhbətlər, fikir mübadiləsi vəhədiyyələrlə dolu xoş anlar yaşanıb.

Azərbaycan Cəmiyyətinin rəhbəri Elmar Əmirov belə tədbirlərinxaricdə yaşayan gənc soydaşlarımızın milli kimliyinin qorunubsaxlanmasında və ölkəmizə bağlılıqlarının möhkəmlənməsində mühümrol oynadığını qeyd edib.

Tədbirdə Edinburq Universitetində fəaliyyət göstərənTürk CəmiyyətiMərkəzi Asiya TürkCəmiyyətlərinin üzvləri də iştirak ediblər. Bu, tədbirindaha geniş mədəni əməkdaşlıq və qarşılıqlı anlaşma mühitindəkeçirilməsinə zəmin yaradıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
98
az.trend.az

1Mənbələr