AZ

Qarabağ Universitetinə gələ il üçün 39 milyon manat ayrılacaq

BAKI, 23 oktyabr. TELEQRAF

Qarabağ Universitetinə gələ il üçün 39 milyon manat ayrılacaq.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb - 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Universitetin fəaliyyətinin 2026- cı ildə təmin edilməsi məqsədilə 39,0 milyon manat vəsait nəzərdə tutulub.

Seçilən
39
teleqraf.com

1Mənbələr