AZ

Azərbaycanın dövlət borcu 2026-cı ilin sonuna 27,1 milyard manat səviyyəsinə çatacaq

Bakı. Trend:

2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarıhəddinin 30,0 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xaricidövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimihədəflər müəyyən edilib.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, 2025-ci il 1 sentyabr tarixinə dövlətborcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ənisbəti 19,6 faiz təşkil edib ki, bu da büdcə qaydasınınortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisininhədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz-bənd az olub.

Bununla da Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdətutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30,0 faizlik yuxarı həddigözlənilib.

Növbəti dövr ərzində beynəlxalq maliyyə institutları iləəməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsiüçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun(xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinəvə ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə, növbəti ilin sonunaisə 27,1 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in20,2 faizinə çatacağı gözlənilir. Növbəti ortamüddətli dövrdə bunisbət müəyyən olunan yuxarı hədd daxilində proqnozlaşdırılır.

Seçilən
43
3
az.trend.az

4Mənbələr