Bakı. Trend:
Azərbaycan Respublikasının 2026-cı il üçün icmal büdcəsiningəlirləri 44,969 milyard manat məbləğində proqnozlaşdırılır ki, buda 2025-ci ilə nisbətən 1,019 milyard manat və ya 2,3 faiz,xərcləri 48,839 milyard manat olmaqla 2025-ci ilə nisbətən 1,210milyard manat və ya 2,5 faiz, 2024-cü ilin icrasına nisbətən isə5,999 milyard manat (14 faiz) çoxdur.
Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan RespublikasıDövlət Neft Fondunun büdcəsinin gəlirləri 13,032 milyard manat(2025-ci illə müqayisədə 1,420 milyard manat və ya 9,8 faiz az),xərcləri isə 12,974 milyard manat (2025-ci illə müqayisədə 1,622milyard manat və ya 11,1 faiz az) proqnozlaşdırılır.
Fondun xərclərinin 12,835 milyard manatını AzərbaycanRespublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert,7,1 milyon manatını “2019-2023-cü illər üçün AzərbaycanRespublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyininartırılması üzrə Dövlət Proqramı”nın, 99,2 milyon manatını“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nınvə 32,8 milyon manatını “Ali təhsil sisteminin beynəlxalqrəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında"Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli673 nömrəli Sərəncamına əsasən beynəlxalq ikili diplomproqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlıxərclər təşkil edəcək.
 
                        