AZ

Gələn il dövlət borclarına xidmət üçün 2,46 milyard manat ayrılacaq

Bakı. Trend:

Gələn il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı2,458 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata əsasən, həmin xərclərin 1,4 milyard manatını xaricidövlət borcu üzrə (940 milyon manatını əsas borc və 460 milyonmanatını isə faiz borcu üzrə xərclər), 1,058 milyard manatını isədaxili dövlət borcu üzrə (137 milyon manatını əsas borc və 920,6milyon manatını isə faiz borcu üzrə xərclər) xərclər təşkiledir.

2026-cı ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri2025-ci illə müqayisədə 58 milyon manat çoxdur.

2025-ci ilin qalan dövrü və 2026-cı il ərzində dövlətistiqrazları portfeli üzrə vaxtı çatacaq əsas borc ödənişlərinintəkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsi kəsirlə icraolunacağı təqdirdə büdcə kəsirinin bir hissəsinin borcalma hesabınabağlanması nəzərdə tutulduğundan, növbəti ildə dövlət istiqrazlarıüzrə faiz xərcləri cari illə müqayisədə artır.

Növbəti ilin dövlət büdcəsində xarici dövlət borcuna xidmət üçün1400,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2025-ci illəmüqayisədə 41,6 milyon manat və ya 3 faiz azdır.

Seçilən
15
az.trend.az

1Mənbələr