Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov ötən gün keçirilən və faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında ölkədəki makroiqtisadi göstəricilər və inflyasiya proqnozları barədə danışıb. Taleh Kazımov qeyd edib ki, xarici ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 2024-cü ilin iyun ayında 8,9% təşkil edib. Taleh Kazımovun sözlərinə görə, bu göstərici sentyabr ayında Azərbaycanda inflyasiyaya 3,12% artıcı təsir göstərib. Heyvandarlıq məhsullarında qiymət artımı isə 9,6% səviyyəsində qeydə alınıb. İnflyasiya proqnozlarına toxunan sədr qeyd edib ki, 2025-ci ilin oktyabr ayı üzrə inflyasiya proqnozu iyul ayına nisbətən 0,3% artaraq ilin sonuna 6% təşkil edəcək. 2026-cı ilin sonuna isə inflyasiyanın 5,7% olacağı gözlənilir.İnflyasiya proqnozları ilə bağlı açıqlama ölkə iqtisadiyyatının vəziyyətini necə izah edir?
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycandakı qiymətlərə inflyasiya və xarici amilin təsiri güclüdür.
Əkrəm Həsənov
“Bilirik ki, yalnız Azərbaycanda Mərkəzi Bank ölkədə qiymətlərin sabitliyinə görə cavabdehdir. Amma bu, çox zaman Mərkəzi Bankdan asılı olmur. Çünki bəzən bir sıra qiymətlər ölkədə formalaşmır, xaricdən gələn mala görə formalaşır. Ona görə də qiymət artımı baş verirsə, bu da bizə təəssüf ki, öz təsirini göstərir”-deyən iqtisadçı vurğulayıb ki, Azərbaycan idxaldan asılı ölkə olduğu üçün bu gün bu rəqəmlər qarşımızdadır.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.