“Avropa İttifaqı (Aİ) 19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində dörd Çin şirkətinə məhdudiyyətlər qoyub”.
Busaat.az xəbər verir ki, bu barədə Aİ Şurasının qətnaməsində deyilir.
“Tianjin Xishanfusheng International Trading”, “Liaoyang Petrochemical Company”, “Chinaoil Corporation” və “Shandong Yulong Petrochemical” sanksiyaya məruz qalıb. Tədbirlərə şirkətlərin Aİ-dəki aktivlərinin dondurulması və onlara maliyyə və iqtisadi resursların alınmasının qadağan edilməsi daxildir.
Aİ bu addımı Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən Rusiyanın enerji sektoru ilə əlaqələri əsas gətirməklə və guya mövcud məhdudiyyətlərdən yayınmağı asanlaşdırmaqla əsaslandırır.
Yeganə