AZ

Amina ilə Ramal sevgili olub

Müğənni Amina Şirin "Rəngarəng" verilişində qonaq olub.
 
Sənətçi verilişdə doğum gününü qeyd edib.
 
Aparıcı Zaur Nəbioğlu Aminanın illər öncə həmkarı Ramal İsrafilovla sevgili olduğunu açıqlayıb:
 
"Bunu həm Amina, həm də Ramal icazə verdiyi üçün açıqlayıram. Onlar hər ikisi subay olanda sevgili olublar və ailə qurmağa hazırlaşıblar" deyib.
 
Amina iddianı təsdiqləyərək "O zaman yaşımız çox az idi. Bəlkə də sevgi nədir bilmirdik. Amma elə oldu ki, alınmadı. "Aypara" qrupunda birlikdə çalışırdıq. Düşünürdük ki, ailə quracağıq, olmadı" deyə bildirib.
 
 

Seçilən
40
7news.az

1Mənbələr