Sentyabr ayında Yaponiyada ABŞ-la birgə hərbi təlimlər keçirilməsi məqsədilə gətirilən yeni ABŞ istehsalı "Typhon" adlı orta mənzilli raket kompleksi hələ də ölkə ərazisində qalır.
HİT.az xəbər verir ki, bu, Yaponiyanın Moskvadakı səfirliyinin "Kommersant" qəzetinin sorğusuna verdiyi cavabdan aydın olur.
Eyni zamanda, səfirlik kompleksin tezliklə Yaponiyadan çıxarılacağına zəmanət verib. Yaponiya səfirliyi "Kommersant"a bildirib: "Bu raket kompleksi yaxın zamanda çıxarılacaq. Təfərrüatlar aydınlaşdıqdan sonra məlumat verəcəyik".
Təxminən 20 min hərbçinin qatıldığı Yaponiya-ABŞ birgə "Resolute Dragon" (Qəti Əjdaha) hərbi təlimləri 11-dən 25 sentyabra qədər davam edib. Təlimlər çərçivəsində ABŞ Dəniz Piyadaları Korpusunun İvakuni hərbi hava bazasında ABŞ Ordusunun yeni "Typhon" raket kompleksinin yerləşdirilməsi məşq edilib. Bu, Soyuq müharibənin bitməsindən və 2019-cu ildə Rusiya-ABŞ arasında imzalanan Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsinin (OQRMLM) pozulmasından sonra ABŞ Ordusunun ilk quruya yerləşdirilən orta mənzilli zərbə vasitəsidir. Bu komplekslər Yaponiya ərazisindən yalnız Çinə deyil, həm də Rusiyanın ərazisinə zərbə endirə bilər.
Təlimlərin başlamazdan əvvəl Yaponiyanın Moskvadakı səfirliyi "Kommersant"a "Typhon"un yerləşdirilməsinin sırf təlim və müvəqqəti xarakter daşıdığını və daimi yerləşdirmə nəzərdə tutulmadığını bildirib. Səfirlik həmçinin əlavə edibdi ki, Amerika Birləşmiş Ştatları təlimlər başa çatdıqdan sonra ABŞ Ordusunun "Typhon" raket sistemini Yaponiyadan çıxarmağı planlaşdırır.
Lakin, bu komplekslərin Yaponiyaya gətirilməsini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlaşdırıb ki, onların orada nə qədər qalacağı Moskva üçün vacib deyil. Onun sözlərinə görə, Rusiya Federasiyasının hakimiyyəti orqanları "Tokionu öz ərazisində müvəqqəti (dövri, növbəli və ya daimi əsasda) yerləşdirilməsindən və ona müşayiət edən əsaslandırmalardan asılı olmayaraq, ABŞ-in quruya yerləşdirilən orta və qısa mənzilli raket komplekslərinin qabaqcıl yerləşdirilməsi üçün təmin etməmək barədə xəbərdar edib.
Zaxarova daha sonra bildirib ki, Moskva hər halda belə addımları qəsdən düşmənçilinə və Rusiya Federasiyasının milli maraqlarına məhəl qoyulmaması kimi qiymətləndirəcək.
Samir