AZ

DÜNYA REYTİNQ CƏDVƏLLƏRİNDƏ YER TAPMAĞA ÇƏTİNLİK ÇƏKƏN UNİVERSİTETLƏRİMİZ ÜÇÜN GERÇƏK İPUCLARI

Etiraf etməliyik: dünyanın aparıcı universitetreytinqləri təşkilatlarının hesabatları, siyahıları:THE (Times Higher Education), QS World University Rankings, ARWU (Academic Ranking of World Universities) və digərləri – təsadüfi şəkildəhazırlanmış adlar ardıcıllığı deyil. Onlarınarxasında elmi nəşriyyat dünyasının nəhəngləri – Elsevier, Springer, Taylor & Francis, Sage, Brill, MDPI, JMIR, PLOS ONE və daha onlarlabeynəlxalq şirkət dayanır.

Bu reytinqlərin hesabatları həmin şirkətlərinstatistik bazalarına, elmi məqalə arxivlərinə vəqlobal sitat şəbəkələrinə əsaslanır. Başqa sözlə, THE-nin əsas məlumat mənbəyi Elsevier-in Scopus platformasıdır. Bu isə o deməkdir ki, busistemlərdə görünmək üçün sadəcə adla yox, elmiməlumat dövriyyəsinə real şəkildə qoşulmaqlazımdır.

Amma sual yaranır: Bizim universitetlər bunəhəng şəbəkələrə hansı kanallarla qoşulub? Elsevier və ya Springer-in hansı əməkdaşıindiyədək region universitetlərimizdə mühazirəoxuyub, elmi seminar aparıb? Cavab, çox təəssüfki, yoxdur. Hətta adama nağıl kimi görünür.

 

Hind Universitetlərinin Dərsi: Şəffaflıq, Açıqlıq, Hesabatlılıq

Maraqlı bir fakt: Web of Scienceplatformasının əməkdaşlarının böyük əksəriyyətihind əsillidir. Hindistanın ucqar şəhərlərindəki aliməktəblərdə belə, müəllim heyətinin elmigöstəricilərini açıq nümayiş etdirən rəqəmsalplatformalar mövcuddur.

Bir kliklə müəllimin ORCID ID-si, Researcher ID-si, Scopus və WoS profilləri, Google Scholaristinadları, hətta Semantic Scholar-dakı nəşrlərigörünür.

Belə şəffaflıq həm tələbəyə, həm valideynə, həm də beynəlxalq ictimaiyyətə mesaj verir: “Budur bizim universitet, budur bizim elmigücümüz.”

Bəs bizdə? Ən qabaqcıl universitetlərimizinbelə bu cür sistemləri yoxdur. Niyə? Elmisəviyyəni gizlətmək üçünmü? Yoxsa belə birplatforma yaratmaq üçün iradə çatışmır?

Əgər biz öz müəllimlərimizin elmi qüdrətinibilmiriksə, dünya bizə necə inanacaq?

 

Məqalə Sayı Var, Amma Məna Yoxdur

 

Statistikada rəqəmlər var, amma məzmunyoxdur. Bəli, ölkə alimlərinin beynəlxalqjurnallarda nəşr olunan məqalələrinin sayı artır. Amma sual budur: bu məqalələr nədən yazılıb?

Bəzən həmin yazılarda ölkəmiz əleyhinəqərəzli fikirlər səsləndirilir, biz isə sevinclə o yazıları statistik göstəriciyə əlavə edirik.

Oxuyan varmı? Təhlil edən varmı? Təəssüf ki, çox zaman yox. Elə bil, biz sadəcə “nəşr olunub” deməklə elmi prosesdə iştirak etdiyimizi zənnedirik. Halbuki elm – rəqəmdə yox, məzmundabaşlayır.

 

Sosial-Humanitar Elm – Unudulmuş Sahə

 

Texniki elmlərdə müəyyən uğurlarımız var: riyaziyyat, mexanika, fizika. Amma sosial-humanitar sahədə vəziyyət acınacaqlıdır.

Sual verin özünüzə: Niyə əsrlik tarix vəpedaqogika jurnallarımız hələ də beynəlxalqbazalarda yoxdur? Niyə ədəbiyyat elminin zənginirsinə sahib bir xalq kimi dünyada tanınan“Language and Literature” səviyyəsində jurnalımızyoxdur?

Hindistanın iki illik jurnalı ERIH PLUS-da yeralır, amma bizim yüzillik elmi məcmuələrimiz – yox. Niyə? Çünki təqdimat yoxdur. Çünki sistemyoxdur. Çünki dünya səhnəsinə çıxmaq istəyiyoxdur.

 

ARWU – Akademik Reytinq Sistemlərinin ƏnEtibarlısı

2003-cü ildən Şanxay Jiao Tong Universitetitərəfindən hazırlanan ARWU (Academic Ranking of World Universities) bu gün dünyanın ən nüfuzluelmi reytinq sistemlərindən biridir. Onun məqsədiuniversitetlərin akademik fəaliyyətini və elmiməhsuldarlığını obyektiv göstəricilər əsasındaqiymətləndirməkdir.

ARWU hesabatları aşağıdakı mənbələrdəntoplanan məlumatlar əsasında hazırlanır:

a) Nobel mükafatı laureatları – universitetinməzunları və əməkdaşları arasında Nobel qaliblərinin sayı.

Mənbə: http://www.nobelprize.org

b) Fənn medalı laureatları – xüsusilə riyaziyyatsahəsində “Fields Medal” qalibləri.Mənbə: http://www.mathunion.org/medals/

c) Yüksək istinadlı tədqiqatçılar – Clarivate Highly Cited Researchers siyahısında yer alan alimlər.

Mənbə: http://www.isihighlycited.com

d) Nature və Science jurnallarında nəşr olunanməqalələr – elmin ən nüfuzlu mənbələrində çapolunan işlərin sayı və keyfiyyəti.Mənbə: http://www.isiknowledge.com

e) Science Citation Index-Expanded və Social Science Citation Index bazalarındakı məqalələr – universitet əməkdaşlarının elmi məhsuldarlığı vəistinad səviyyəsi.

Mənbə: http://www.isiknowledge.com

Bu kriteriyalar sadəcə rəqəm deyil – universitetinbeynəlxalq elmi reputasiyasını formalaşdıransütunlardır.

 

Universitetlər üçün Real İstiqamətlər

1. Ciddi Beynəlxalq əməkdaşlıqlar qurulsun. Birgəlayihələr, konfranslar, mübadilə proqramları – bunlar universiteti qlobal məkana tanıdır.

2. Yüksək standartlı elmi jurnal təsis edilsin. Elmisəviyyə qalxdıqca, xarici alimlər özləri sizəgələcək.

3. İngilisdilli tədris proqramlarının sayı vəkeyfiyyəti artırılsın. Elm yalnız milli dildə deyil, qlobal dildə danışmalıdır.

4. Xarici alimlərdən ibarət daimi heyət yaradılsın. Universitet qapılarını açıq tutmalıdır.

5. Elmi fəaliyyətə şəffaf nəzarət sistemi qurulsun. Hər müəllimin elmi göstəricisi cəmiyyətə açıqolmalıdır.

6. Gənc alimlərə real dəstək verilsin. Onlar sabahuniversitetin adını dünya səhnəsində ucaldacaqlar.

7. Xaricdən tələbə cəlb edilsin. Xarici tələbəsiolmayan universitetin beynəlxalq status iddiası zəifsəslənir.

 

Son Söz: Elm Göstərilmədikcə Görünmür

 

Dünyada indi elm həm də görünməkbacarığıdır. Onlayn şəffaflıq, ingilis dilində elminəşrlər, beynəlxalq platformalarda iştirak – bunlaruniversitetin gələcəyini müəyyən edən əsasgöstəricilərdir.

Əgər universitetlərimiz ingilis dilində elmijurnal nəşr edə bilmirsə, bu, texniki deyil, zehnibaryerdir. Dünya artıq qapısını açıb – sadəcə içəridaxil olmaq lazımdır.

 

Rahil Nəcəf

 

Seçilən
99
tehsil.biz

1Mənbələr