ain.az bildirir, Azertag portalına istinadən.
Vatikan, 23 oktyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo, Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Vatikanın Sikstin kapellasında birlikdə dua ediblər.
AZƏRTAC xəbər verir ki, bu, tarixi məqamdır. Belə ki, katoliklərin ruhani lideri ilə Anqlikan Kilsəsinin rəhbəri son 500 ildə ilk dəfə birgə dua ediblər.
Kral Çarlz, həmçinin katoliklər və anqlikanlar arasında dialoqun simvolu olan Müqəddəs Pavel Bazilikasını ziyarət edəcək, ətraf mühitin mühafizəsi üzrə təşkilat və şirkətlərin nümayəndələri ilə görüşəcək.
Britaniya Kralı və xanımı səfər çərçivəsində Papa XIV Leo, eləcə də Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşlər keçiriblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.