AZ

Filmin hüquqları 20 milyon dollara satılıb

Filmin

Məşhur "Ceyms Bond" seriyasından olan filmlərin prodüserləri Maykl C. Uilson və Barbra Brokkoli super agent layihəsinin gələcək taleyini "Amazon MGM" şirkətinə həvalə ediblər. Məlum olub ki, "Amazon" bu ekran əsərinin kreativ hüquqlarını "Eon Productions" şirkətindən 20 milyon dollara alıb və əvvəl yayılan milyard dollarlıq alqı-satqı barədə məlumat yalandır.

Reyting.az
xəbər verir ki, "Amazon" 2021-ci ildə "MGM" studiyasını 8,5 milyard dollara alaraq "Amazon MGM" şirkətinə çevrilsə də, Bond filmlərinin yarıhüquqları "Eon Productions" şirkətinə məxsus olub. Razılaşmadan sonra prodüserlik Eymi Paskal və Devid Heymana həvalə edilib.

Yeni bölümü istehsala veriləcək "Ceyms Bond. Agent 007" filminin rejissoru Denni Vilnöv və ssenari müəllifi Hollivudda tanınmış Stiven Nayt olacaq. Vilnöv həm də "Bond" filmindəki baş rola tanınmamış aktyoru çəkmək istəyir.

Qeyd edək ki, son filmdə Daniel Kreyqin canlandırdığı casus Bond ilk dəfə məşhur filmin ekran tarixində öldürülmüşdü.

Oqtay QORÇU
Seçilən
74
1
reyting.az

2Mənbələr