AZ

“Tomahavk”ın Ukraynaya verilməsi məsələsi… Zelenski

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın Ukraynaya uzaqmənzilli “Tomahavk” raketlərini verməmək qərarı çox həssas məsələdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərlə söhbəti zamanı deyib.

“Düşünürəm ki, bu barədə prezident Trampdan eşitmisiniz. Bu, çox həssas qərardır. Amma bu, sanksiyalarla bağlı vəziyyətə bənzəyir. Sanksiyalarla bağlı qərarlar da əvvəllər mümkünsüz görünürdü. İndi enerji sanksiyaları ilə bağlı çox vacib qərarları görürük. Düşünürəm ki, uzunmüddətli perspektivdə bu məsələdə də oxşar qərar veriləcək. Amma bu, Amerika tərəfinin qərarından asılıdır”, - Zelenski vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
axar.az

1Mənbələr