“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunu (5:1) dəyərləndirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Bu matçda əvvəlki oyunlarımızla oxşar cəhətlər də var idi, fərqli məqamlar da. Oxşarlıq ondadır ki, rəqibin ilk real hücumundan sonra yenə qol buraxdıq. Amma bu dəfə fərqli oldu – həmin qol yeganə buraxdığımız top idi, çünki artıq ilk hissədə hesabı 3:1 etdik. Fərq də məhz bundadır: fasiləyə 1:1 yox, 3:1 hesabı ilə yollanmaq.
Ən böyük fərq isə rəqibin oyun tərzində idi. Bu dəfə top daha çox yerdə idi, son oyunlarda isə çoxsaylı hava mübarizələri ilə qarşılaşırdıq”
Qeyd edək ki, vöyükhesablı qələbə ilə “qırmızılar” ardıcıl dörd məğlubiyyətlik seriyanı dayandırıblar.