AZ

“Airbus”, “Thales” və “Leonardo” “SpaceX”ə rəqib şirkət yaradır


“Airbus”, “Thales” və “Leonardo” öz kosmik bölmələrini birləşdirmək və İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparacaq Avropada birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onların aylarla davam edən üçtərəfli danışıqların yekunları üzrə birgə bəyanatında bildirilib.
Razılaşmaya əsasən, “Airbus” birləşmiş şirkətin səhmlərinin 35%-nə sahib olacaq ki, bu da 25 min nəfəri işlə təmin edəcək və illik təxminən 6,5 milyard avro (7,5 milyard dollar) gəlir əldə edəcək. “Thales” və “Leonardo”nun isə hər biri birləşmiş şirkətin səhmlərinin 32,5%-ə sahib olacaq.
“Avropa kosmik sənayesinin “yeni oyunçusu” üç fəaliyyət sahəsini – peyklərin istehsalı, kosmik sistemlərin istehsalı və kosmik xidmətlərin göstərilməsini birləşdirərək, öz imkanlarını birləşdirməyə və genişləndirməyə çalışır”, - deyə bəyanatda qeyd edilib.
Seçilən
92
yeniavaz.com

1Mənbələr