AZ

Tibbi sığorta pullu olacaq? – RƏSMİ

Yanvar ayının 1-dən etibarən ölkədə müştərək maliyələşməyə keçid planlaşdırılır.

Artıq işsiz və qeyri-rəsmi, şəxslərin icbari tibbi sığortası dövlət tərəfindən avtomatik ödənilməyəcək.

Müzakirə olunan yeniliklərə görə, bu kateqoriyadan olan vətəndaşlar öz sığorta haqlarını özü ödəməli olacaq.

Hazırkı qiymətə görə, icbari tibbi sığortanın ödənişi təxminən 130 manat təşkil edir. Bu dəyişikliklə məqsədi maliyyə yükünü ədalətli şəkildə paylaşmaqdır. 

Bəs müştərək maliyyələşməyə keçidlə bağlı yenilik varmı?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur:

“Qeyd edilən məsələ “Tibbi sığorta haqqında” Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur”.

Seçilən
95
cebheinfo.az

1Mənbələr