Yazını böyüt
Yazını kiçilt
Qazaxıstan Müdafiə Nazirliyi sərhəd bölgəsində pilotsuz uçuş aparatının (PUA) partlamasını rəsmən təsdiqləyib.
Hafta.az xəbər verir ki, bu barədə nazirlik öz "Telegram" kanalında məlumat verib. Məlumata görə, insident, yerli KİV-in daha əvvəl xəbər verdiyi kimi, Qərbi Qazaxıstan vilayətində baş verib.
"Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda mənşəyi məlum olmayan pilotsuz uçuş aparatının partlaması qeydə alınıb. Dağıntılar ucqar ərazidə, əhalinin yaşayış zonasından kənarda aşkar edilib. Xəsarət alanlar və maddi ziyan qeydə alınmayıb", - deyə nazirlik bildirib.
Müdafiə Nazirliyi həmçinin hava məkanına nəzarətin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görüldüyünü vurğulayıb.