London Universitetinin hüquq (LLB) tələbəsi, Pakistanlı gənc lider Qaiser Nawab texnologiyanın hüquq sistemlərinin gələcəyinə təsirini araşdırır.
O, QHT.az-a açıqlamasında bildirib ki, “London Universiteti Tələbə Bloqu” üçün yazdığı məqaləsində texnologiyanın konstitusiya savadlılığını artırmaq, ədalət sistemində gecikmələri azaltmaq və hüquqi təhsili daha əlçatan etmək potensialını vurğulayıb. Qaiser qeyd edir ki, süni intellekt, rəqəmsal platformalar və onlayn hüquqi resurslar vətəndaşlara öz hüquqlarını daha yaxşı anlamağa imkan yarada bilər. Onun fikrincə, hüquq və texnologiyanın birləşməsi yalnız qlobal Şimalda deyil, Qlobal Cənub ölkələrində də ədalətə çıxışı gücləndirə bilər.
Müəllif həmçinin ənənəvi ədalət formalarının qorunaraq rəqəmsal şəffaflıq və etik nəzarətlə təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O hesab edir ki, gələcək hüquqşünaslar həm ənənə ilə innovasiyanı, həm də yerli reallıqları və qlobal yanaşmanı balanslaşdırmağı bacarmalıdırlar.
Qaiser Nawab hazırda London Universitetində hüquq təhsili alır və Davamlı İnkişaf üçün “Kəmər və Yol Təşəbbüsü”nün (BRISD) sədridir.
Pərvanə Fərhadqızı