BAKI, 23 oktyabr. TELEQRAF
Bakıda Astara sakininin kirayə qaldığı evdə meyiti tapılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Paytaxtda kirayədə qalan Astara rayonunun Kakalos kənd sakini, 19 yaşlı Nurlan Əliyevin meyiti yaşadığı mənzildə aşkarlanıb.
Mərhumun hansı şəraitdə öldüyü hələlik məlum deyil. O, kirayə mənzildə qardaşı ilə birlikdə yaşayırmış.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.