Rusiyanın"Dinamo" klubunda çıxış edən azərbaycanəsilli futbolçu Ülvi Babayev Samaranın "Krılya Sovetov" klubuna qarşı keçirdikləri oyunda het-trikə imza atıb.

Offsideplus.az xəbər verir ki, dünən axşam  baş tutan Rusiya Kubokunun oyunu çərçivəsində Babayev matçın 22, 71 və 78-ci dəqiqələrində fərqlənib.

Qarşılaşma "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, 21 yaşlı Ülvi 2021-ci ildən Moskva "Dinamo"sunun formasını geyinir.