AZ

Atasını öldürdüyünü etiraf etdi: Ailəsi onu müdafiə edir

Keçmiş “Formula-1” pilotu Antolin Qonsales faciədən təxminən dörd ay sonra atasına bıçaqla ölümcül zərbə vurduğunu etiraf edib.

Publika.az xəbər verir ki, idmançı ölümün mübahisə zamanı “təsadüfən” baş verdiyini bildirərək, prokurorluqla razılaşma əldə etməklə cəzanın yüngülləşdirilməsinə nail olmağa çalışır.

Hadisə iyulun 5-də ailəyə məxsus sənaye binasında, Burqos əyalətinin Aranda-de-Duero şəhərinin kənarında baş verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, o, kəskin mübahisə zamanı atanın boğaz nahiyəsinə zərbə endirib.

Təcili yardım gələndə 56 yaşlı kişi hələ sağ olub, lakin aldığı yaradan qısa müddət sonra dünyasını dəyişib. Hadisədən sonra Antolin bıçağı ataraq qaçmağa cəhd edib. Cinayət aləti hələ də tapılmayıb. 23 yaşlı ispan pilot saxlanılıb və o vaxtdan həbsdədir.

Qonsalesin ailəsi onu müdafiə edərək bildirib ki, mərhum uzun illər ailə üzvlərinə qarşı sistematik zorakılıq göstərib. Həmçinin qeyd edilib ki, faciədən əvvəlki həftələrdə bu zorakılıq hər gün təkrarlanıb.

Seçilən
85
publika.az

1Mənbələr