AZ

İrəvana səfər etmiş azərbaycanlı politoloq: “Bu tarixi məqamda şərait mövcuddursa...”

Politoloq Fərhad Məmmədov Ermənistana səfəri haqqında təəssüratlarını bölüşüb.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" paylaşımında qeyd edib:

"Məlum olduğu kimi, Ermənistan paytaxtında vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin görüşü baş tutub. Azərbaycan və Ermənistanın rəsmi strukturları görüşün ciddi şəkildə ikitərəfli sırf formatda keçirilməsinə şərait yaradıblar. Toyuqlu pizza

Uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsi "Zvartnots" hava limanında eniş edib. Bu, tezliklə ikitərəfli münasibətlərdə normaya çevrilə biləcəyinə dair detaldır.

Sirr deyil ki, Azərbaycan və Ermənistandan olan ekspertlər vaxtaşırı müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə bütün detallar ikitərəfli formatda müzakirə olunub: Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş proqramın hazırlanmasına, press-reliz mətninə və gündəlikdəki digər məsələlərə qədər. Bu, sülh gündəliyi üçün çox vacibdir, çünki müstəqil şəkildə təşkil olunmuş görüşlərin keçirilməsi sülh prosesinə əlavə hesabatlılıq və təkan yaradır.

Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq çərçivəsini yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda əldə olunmuş nailiyyətləri möhkəmləndirmək və əlaqələrin səviyyəsini genişləndirmək üçün addımlar atır. Bu, asan yol deyil, çünki kənar sponsor yoxdur; bütün işlər ikitərəfli qaydada aparılır. Hökumətlər artıq vətəndaş cəmiyyəti nümayəndələrini sülh prosesinə cəlb etmək üçün kifayət qədər məzmun yaradıblar. Uzunmüddətli sülh və sabitliyə sadiqlik mövcuddur!

Görüş yüksək səviyyədə təşkil olunmuş, təhlükəsizlik təmin edilmişdi, regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizi narahat edən mövzulara qədər geniş spektrli məsələlər müzakirə olunub. Qrupun məqsədləri və potensial birgə fəaliyyət də o cümlədən.

Hər gün media orqanlarında öyrəndiyin və gördüyün hər şeyi görmək, İrəvanda gəzmək, əlbəttə, maraqlı idi. Gəzinti zamanı hətta efirdən tanıdığım bir jurnalistlə rastlaşdım...

Bəli, bəzi erməni saytlarında təhqirlər, hiddətlər səsləndirilir... Bir qism Azərbaycan saytları belə fikirlər səsləndirirlər ki, razılığa gəlmək mümkün deyil. Bu, cari dövrdə normaldır; cəmiyyətlərin hökumətlərin sülh gündəminə alışması üçün hələ çox iş görülməlidir. Prosesin irəliləməsi üçün rəsmi səviyyədə qərarlar verilir, vəziyyətin sabitləşməsi və davamlı sülhün bərqərar olması üçün bu tarixi məqamda şərait mövcuddursa, o zaman bundan istifadə olunmalıdır!"


Telegram kanalımız
Seçilən
97
2
yenisabah.az

4Mənbələr