AZ

Nigeriyada ordu 50-dən çox İŞİD silahlısını məhv edib

Nigeriya ordusu həyata keçirdiyi genişmiqyaslı əməliyyat zamanı İŞİD-in beş komandiri zərərsizləşdirib. 

News365.az xəbər verir ki, əməliyyat, yaraqlıların hücum cəhdinin ordunun güclü müqaviməti ilə dəfə olunmasından sonra baş verib.

Məlumata görə, döyüşlər zamanı yaraqlılara məxsus çox sayda silah və sursat da ələ keçirilib. 

Təhlükəsizlik qüvvələri bölgədə təmizləmə əməliyyatlarını davam etdirir.

Seçilən
26
news365.az

1Mənbələr