Rumıniyada bir nəfər avtomobili ilə Rusiya səfirliyinin ərazisinə daxil olmağa çalışıb.
APA xəbər verir ki, bu barədə “Digi 24 TV” kanalı məlumat yayıb.
Səfirliyin təhlükəsizliyinin qorunmasına məsuliyyəti daşıyan Rumıniyanın jandarm qüvvələri sözügedən şəxsi saxlayıb.
İnsidentdən dərhal sonra Rumıniya Kəşfiyyat Xidmətinin əməkdaşları həmin əraziyə gəlib.
Saxlanılan şəxsin 53 yaşlı Rumıniya vətəndaşı olduğu məlum olub.
Aparılan qan analizi zamanı onun bədənində iki qadağan olunmuş maddə - benzodiazepin və amfitamin aşkarlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, ciddi maddi ziyan qeydə alınmayıb.