BAKI, 23 oktyabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş tədqiqatçısı Əmirrza Cəliliyan 10 il həbs cəzasına məhkum edilib.
Teleqraf xəbər verir ki, bu barədə onun həyat yoldaşı Səidə Varaşteh “Iran International”a məlumat verib.
O bildirib ki, Cəliliyan avqustdan İran təhlükəsizlik orqanlarının nəzarətində olub və uzun müddət davam edən prosesdən sonra barəsində 10 il həbs qərarı verilib.
Əmirrza Cəliliyan nüvə elmi və texnologiyası sahəsində tanınmış sima və AEBA-nın keçmiş tədqiqatçısıdır.