AZ

“Çətin oyuna hazır idik və nəticədən məmnunuq”

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İtaliya “Yuventus”una qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Biz bilirdik ki, bizi çox çətin oyun gözləyir. İlk hissədə ritm tapmaqda bir qədər çətinlik çəkdik, amma zaman keçdikcə oyuna nəzarəti ələ aldıq. Qol vurduqdan sonra isə öz futbolumuzdan zövq almağa başladıq. Bir neçə gözəl kombinasiyamız oldu və bir az dəqiqliklə hesabı artıra bilərdik.

Əlavə olaraq, bizdə Çempionlar Liqasının həlledici anlarında komandanı xilas edə bilən əla qapıçı var. 1:0, üç xal, ümumilikdə doqquz xal və biz xoşbəxtik”

Görüşdə “kral klubu” 1:0 hesabı ilə qələbə qazanıb.

Seçilən
115
90deqiqe.az

1Mənbələr