AZ

Yol bağlandı - Hamilə qadın maşında körpə dünyaya gətirdi

Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində körpə atomobildə dünyaya gəlib.

Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb.

Ana X.A. həkim nəzarətinə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Seçilən
43
12
olke.az

10Mənbələr