AZ

"Meta" süni intellekt bölməsində 600 nəfəri işdən çıxarır

"Meta" şirkəti süni intellekt (AI) bölməsində təxminən 600 vəzifəni ləğv etmək qərarına gəlib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar "Meta"nın son dövrlərdə süni intellekt imkanlarını artırmaq üçün həyata keçirdiyi genişmiqyaslı işə qəbullardan sonra verilib. 

"Wall Street Journal" isə qeyd edib ki, işdən çıxarılan əməkdaşların böyük hissəsinə şirkət daxilində digər şöbələrə keçmək imkanı təklif olunacaq.

Süni intellekt bölməsinin baş direktoru Alexandr Wang tərəfindən əməkdaşlara göndərilən daxili məktubda bu qərarın komandanın daha çevik işləməsini təmin edəcəyi qeyd olunub.

Meta şirkəti isə AFP agentliyinin bu məsələ ilə bağlı sorğusuna cavab verməyib.

Seçilən
21
operativmm.az

1Mənbələr