KillNet və Beregini haker qrupları ən böyük dron istehsalçısı olan “Ukraynanın döyüş quşları”nın serverlərini sındırdıqlarını bildiriblər.
Herbiand.az bildirir ki, bu barədə KillNet üzvləri RİA Novosti-yə məlumat verib.
Qeyd edək ki, bu haker qrupları Ukraynanın İT strukturlarına hücumlar edirlər.
Qrupun KillMilk ləqəbli nümayəndəsi qeyd edib ki, hakerlər “Zozulya” dronunu hazırlayan şirkətin məlumatlarına çıxış əldə ediblər: “Bu dron cəbhə xəttində istifadə üçün deyil, anbarlar, komanda məntəqələri, logistika obyektləri kimi arxa bölgədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Pilotsuz təyyarə əvvəlcədən müəyyən edilmiş trayektoriyaya uyğun olaraq aşağı hündürlükdə avtonom uçuşa qadirdir. Uçuş məsafəsi 2700 kilometrə, uçuş sürəti isə saatda 130-180 kilometrə çatır”.
Bəxtiyar CƏFƏRLİ