ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Şimali Atlantika Alyansının nümayəndəsinə istinad edən “Politico” nəşri belə məlumat yayıb. “Hərbi dairələrdə təhlükə ciddi qəbul olunmur. İspanlar sakit reaksiya verirlər”, - mənbə nəşrə açıqlamsında deyib. Qəzetin yazdığına görə, Trampın İspaniyaya qarşı ritorikası Madridin müdafiə xərclərini artırmaqdan imtina etməsi fonunda sərtləşir ki, bu da onun Avropanın ABŞ hərbi gücündən asılılığını azaltmaq planlarına ziddir. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli, öz növbəsində, nəşrə ABŞ prezidentinin İspaniya hakimiyyətinin qərarının mümkün iqtisadi nəticələrini qiymətləndirməyə davam etdiyini bildirib. - Bütün digər NATO müttəfiqləri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağa razılaşsa da, İspaniya imtina edən yeganə ölkədir”, - Anna Kelli vurğulayıb. Xatırladaq ki, oktyabrın 14-də Amerika lideri NATO daxilində hərbi xərclərlə bağlı fikir ayrılıqları fonunda İspaniya ilə ticarətə idxal tariflərinin tətbiqi ehtimalını gündəmə gətirib. Donald Tramp bundan əvvəl də müdafiəyə ayrılan vəsaitin yetərli olmaması səbəbindən krallığın alyansdan çıxarıla biləcəyini ehtimal etmişdi. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.