AZ

Təlimi gerçək zənn etdilər: Polislə əsgərlər arasında qarşıdurma

Almaniyada hərbi təlim keçən ordunun əsgərləri ilə polis arasında qarşıdurma olub. 

Belə ki, xəbərdarlıqdan sonra bölgəyə gələn polis qüvvələri özlərini təlimin bir hissəsi hesab edərək təlim güllələri ilə atəş açan əsgərlərə gerçək güllələrlə cavab verib. 

Hadisə zamanı bir əsgər yüngül yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Almaniya mediası polis qruplarının təlimdən xəbərsiz olduğunu bildirib. 

Hadisə Münhen şəhərinin şimal-şərqində yerləşən Altenerding bölgəsində keçirilən “Marşal Gücü 2025” adlı təlim zamanı baş verib. Təlimin bir hissəsi olaraq ictimai ərazidə məşq edən əsgərlər bir fermanın tövləsi ətrafında yerləşərkən yerli sakinlər polisə xəbər verib. 

Xəbərdarlıqdan sonra bölgəyə çox sayda polis qüvvəsi göndərilib. Polis əməkdaşlarını görən təlimdəki əsgərlər bunu ssenarinin bir hissəsi hesab edərək təlim güllələri ilə “düşmən qüvvəsinə” atəş açıblar. 

Bunun cavabında polis əsgərlərə gerçək güllələrlə atəş açıb. Təlimdə iştirak edən əsgərlərdən biri yüngül yaralanıb. Həyati təhlükəsi olmayan əsgər xəstəxanada müalicə olunur. Təxminən 800 əsgərin iştirak etdiyi, yanğınsöndürmə və xilasetmə qruplarının da yer aldığı təlimlə bağlı rəsmi açıqlama verilməyib. 

Almaniya mediası hadisənin vətəndaşın verdiyi xəbərdarlıq nəticəsində baş verdiyini və polis qruplarının təlimdən xəbərsiz olduğunu iddia edib. Təlimin ssenarisi isə NATO ölkəsinin işğal edilməsi halında ittifaq qüvvələrinin, hərbi və mülki strukturların birgə hərəkət qabiliyyətinin artırılmasına yönəlik olub. 

Seçilən
87
cebheinfo.az

1Mənbələr