ABŞ-ın dövlət borcu 38 trilyon dolları keçib. Bu artım COVID-19 pandemiyasından bəri ən yüksək artım olub.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Maliyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.
İqtisadiyyat üzrə ekspert Kent Smettersin fikrincə, artan borc yükü son nəticədə inflyasiyanın yüksəlməsinə gətirib çıxarır və amerikalıların alıcılıq qabiliyyətini azaldır.
Ekspert vurğulayıb ki, bu, sadə amerikalılar üçün daha bahalı ev və avtomobil kreditləri, aşağı əmək haqqı, mal və xidmətlərin qiymətlərinin artması ilə nəticələnə bilər.